...

Antalya Diplomatiya Forumu təxirə salınıb

Dünya xəbərləri Materials 16 Fevral 2023 21:29 (UTC +04:00)
Antalya Diplomatiya Forumu təxirə salınıb

Bakı. Trend:

10-12 mart 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan III Antalya Diplomatiya Forumu təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə Antalya Diplomatiya Forumu məlumat yayıb.

“III Antalya Diplomatiya Forumun Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar bu ilin sonunda keçirilməsi nəzərdə tutulub. Təəssüflər olsun ki, fevralın 6-da əsrin ən dağıdıcı təbii fəlakətlərindən biri olan Türkiyədə iki dağıdıcı zəlzələ baş vermiş, xalqımızı dərin kədərə qərq etmişdir. Bu şəraitdə biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti