...

Qazaxıstanda parlament seçkilərində seçici fəallığı artır - 46,84%

Dünya xəbərləri Materials 19 Mart 2023 12:29 (UTC +04:00)
Qazaxıstanda parlament seçkilərində seçici fəallığı artır - 46,84%

Bakı. Trend:

19 mart 2023-cü il yerli vaxtla saat 14:00 üçün Qazaxıstanda keçirilən parlament seçkilərində siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 46,84 faizi seçki bülletenləri alıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına istinadən "Kazinform" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti