...

Cukanoviç və Milatoviç Monteneqroda prezident seçkilərinin ikinci turuna çıxıblar

Dünya xəbərləri Materials 21 Mart 2023 03:42 (UTC +04:00)
Cukanoviç və Milatoviç Monteneqroda prezident seçkilərinin ikinci turuna çıxıblar

Bakı. Trend:

Monteneqronun hazırkı prezidenti Milo Cukanoviç və “Avropa indi” hərəkatının nümayəndəsi, keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç prezident seçkilərinin ikinci turuna çıxıblar. Seçkilərin ikinci turu aprelin 2-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.

Məlumata əsasən, M.Cukanoviç 35,37%, Y.Milatoviç 28,92% səs toplayıb. Monteneqronun Serbiya və Rusiya ilə əlaqələrinin qorunub saxlanmasının tərəfdarı olan namizəd Andrija Mandiç seçicilərin yalnız təxminən 19%-nin dəstəyini qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti