...

Kanada 2023-cü maliyyə ilində BVF vasitəsilə Ukraynaya kredit verəcək

Dünya xəbərləri Materials 29 Mart 2023 03:25 (UTC +04:00)
Kanada 2023-cü maliyyə ilində BVF vasitəsilə Ukraynaya kredit verəcək

Bakı. Trend:

Kanada 2023-cü maliyyə ilində Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 1,8 milyard dollar kredit verməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "CBC" televiziiya kanalı ölkə büdcəsinə dair layihəyə istinadən xəbər verib.

"Kanada növbəti maliyyə ilində Ukraynaya 2,4 milyard Kanada dolları (1,8 milyard dollar) kredit verəcək. Bu tədbir çərşənbə axşamı maliyyə naziri Kristia Frilandın parlamentə təqdim etdiyi son büdcə layihəsində öz əksini tapıb", - deyə bildirilb.

Qeyd olunuki, BVF xətti ilə Kiyevə yeni kredit ayrılması planlaşdırılır. Bu məbləğ defisiti ödəmək üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti