...

Türkiyədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 30 Mart 2023 07:04 (UTC +04:00)
Türkiyədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. Trend:

Türkiyənin Yozqat əyalətinin Yerköy rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər, polislər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti