...

Türkiyədə avtomobil atəşə tutuldu

Dünya xəbərləri Materials 18 Aprel 2023 04:41 (UTC +04:00)
Türkiyədə avtomobil atəşə tutuldu

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yol kənarında dayanan avtomobil atəşə tutuldu.

Trend xəbər verir ki, içərisində 4 nəfər olan avtomobildə iki nəfər güllənərək öldürülüb.

Digər iki nəfər isə yaralanaraq xəstəxanaya aparılıb.

Bildirilir ki, hazırda polislər atəş açan şəxsin və ya şəxslərin axtarışını həyata keçirirlər.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti