...

ABŞ Dövlət Departamenti Norveçə 1 milyard dollarlıq helikopterlər satışına icazə verib

Dünya xəbərləri Materials 27 Aprel 2023 05:47 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Norveçə 1 milyard dollarlıq helikopterlər satışına icazə verib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti "MH-60R" helikopterlərinin və digər sistemlərin Norveçə təxminən 1 milyard dollara mümkün satışına icazə verib.

Trend-in məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi təxminən 1 milyard dollar qiymətinə "MH-60R" çoxməqsədli helikopterlərin və müvafiq avadanlıqların Norveç hakimiyyətinə" potensial satışını təsdiqlədi.

ABŞ administrasiyası artıq bu qərarla bağlı ABŞ Konqresini xəbərdar edib. Qanunverici orqanın potensial razılaşmanı nəzərdən keçirmək 30 günü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti