Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.
Məlumata əsasən, sanksiyalar "ABŞ vətəndaşlarının xaricdə qeyri-qanuni saxlanmasında iştiraka görə" tətbiq edilib.
Bundan əlavə, İran kəşfiyyat təşkilatının 4 yüksək vəzifəli nümayəndəsinə qarşı da sanksiyalar tətbiq edilib.
Qeyd edilib ki, sanksiyalar ABŞ Dövlət Departamentinin qərarı ilə tətbiq edilib.