...

Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək

Dünya xəbərləri Materials 6 May 2023 06:50 (UTC +04:00)
Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək

Bakı. Trend:

Şənbə günü Londonun Vestminster Abbatlığında III Çarlz və konsort-kraliça Kamillanın tacqoyma mərasimi keçiriləcək.

Trend xəbər verir ki, formal olaraq III Çarlz 8 sentyabr 2022-ci ildə anası Kraliça II Elizabetin ölümündən bir gün sonra kral oldu. Tacqoyma mərasimi isə, Avropa mediasının qeyd etdiyi kimi, yeni monarxın statusunu yüksəltməyə imkan verən simvolik mərasim hesab olunur.

Yerli vaxtla saat 06:00-dan (Bakı vaxtı ilə 09:00) başlayaraq, Bukingem Sarayından Vestminster Abbatlığına qədər kral kortejinin marşrutu boyunca müşahidə yerləri açılacaq. Yolun uzunluğu 2,29 km olacaq. Abbatlığa gedən korteji 200 hərbçi müşayiət edəcək. Ümumilikdə tacqoyma mərasimi günü təhlükəsizliyin təmin edilməsinə 4 minə yaxın hərbçi cəlb olunacaq.

Saat 10:20-də (13:20) kral korteji Bukingem sarayından yola düşəcək.

Kortej saat 11:00-da (14:00) Vestminster Abbatlığına çatacaq, bundan sonra bir neçə mərhələdən ibarət olacaq iki saatlıq tacqoyma mərasimi başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti