...

Ərəb Dövlətləri Liqası Şurası Suriyanın təşkilata qaytarılması barədə qərar qəbul edib

Dünya xəbərləri Materials 7 May 2023 16:26 (UTC +04:00)
Ərəb Dövlətləri Liqası Şurası Suriyanın təşkilata qaytarılması barədə qərar qəbul edib

Bakı. Trend:

Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri bazar günü keçirilən iclasda Suriyanın regional təşkilata qaytarılması barədə qərar qəbul ediblər.

Trend "Al Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə İraqın XİN rəhbəri Əhməd əl-Sahaf deyib.

"Ərəb ölkələri Xarici İşlər Nazirləri Şurası Suriyaya Ərəb Liqasındakı yerini qaytarmaq qərarına gəlib", - deyə o bildirib.

Onun sözlərinə görə, İraqın dəstəklədiyi dialoq və ərəb inteqrasiyasına əsaslanan diplomatiya Suriyanın Ərəb Liqasına qaytarılması üçün önəmli rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti