...

Moskvada Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün Yol Xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə edilib

Dünya xəbərləri Materials 11 May 2023 00:45 (UTC +04:00)
Moskvada Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün Yol Xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə edilib

Bakı. Trend:

Moskvada keçirilən danışıqlarda Türkiyə, Rusiya, İran və Suriya XİN rəhbərləri Türkiyə ilə Suriya arasında əlaqələrin inkişaf etdirilməsi üçün Yol Xəritəsinin hazırlanması barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Yol xəritəsinin hazırlanması üzrə səylərin əlaqələndirilməsi 4 ölkənin xarici işlər nazirlərinin müavinləri, müdafiə nazirlikləri və kəşfiyyat orqanlarına həvalə olunacaq.

Eyni zamanda, müzakirə iştirakçıları Suriyanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını, həmçinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələbləri və "Astana formatında" səslənən bəyanatlar fonunda terrorizmin istənilən forması ilə mübarizə aparmağa hazır olduqlarını bir daha təsdiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti