Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət Memleket Partiyasının sədri Muharrem İncenin prezident namizədliyindən geri çəkilməsinin səbəbini açıqlayıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə prezidenti onun bu addımını FETÖ terror qrupu ilə əlaqələndirib.
Ərdoğanın sözlərinə görə, FETÖ terror qrupu müxalifəti elə təsiri altına alıb ki, bugün Muharrem İnceni şantaj edərək prezident namizədliyindən geri çəkilməyə məcbur edib.
Qeyd edək ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İnce bugün prezident namizədliyindən geri çəkidiyini açıqlayıb.
Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.