...

Suriyadan Türkiyə ərazisinə 5 raket atılıb

Dünya xəbərləri Materials 11 İyun 2023 19:22 (UTC +04:00)
Suriyadan Türkiyə ərazisinə 5 raket atılıb

Bakı. Trend:

Suriyanın şimalından Türkiyənin Kilisdəki Öncüpınar sərhəd-keçid məntəqəsi istiqamətinə 5 raket zərbəsi endirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, YPG/PKK terrorçularının atdığı raketlər boş əraziyə düşüb, ölən və yaralanan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti