...

İsrail "Merkava" tanklarının Avropaya göndərilməsi ilə bağlı danışıqlar aparır

Dünya xəbərləri Materials 16 İyun 2023 03:51 (UTC +04:00)

Bakı. Trend:

İsrail ilk dəfə olaraq "Merkava" tanklarının Avropaya çatdırılmasına başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, hazırda Avropa ölkələrindən biri ilə danışıqlar aparılır. Söhbət 1980 və 1990-cı illərdə İsraildə istehsal olunmuş, əvvəllər döyüş vəzifəsindən çıxarılaraq ehtiyata göndərilmiş ikinci və üçüncü nəsil tanklardan gedir. Lakin Ukraynada hərbi əməliyyatların intensivləşməsindən sonra dünya bazarında belə zirehli maşınlara tələbat artıb.

200-dən çox köhnəlmiş İsrail tankının satılması planlaşdırıldığı bildirilib. 1979-cu ildən İsraildə istehsal olunan "Merkava" əsas döyüş tankı hazırda dördüncü nəsildə İsrail Müdafiə Qüvvələrində xidmətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti