...

Malayziyanın XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 2 İyul 2023 00:19 (UTC +04:00)
Malayziyanın XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Bakı. Trend:

Malayziyanın xarici işlər naziri Zambri Abdul Qadir iyulun 2-3-də Qırğızıstanda rəsmi səfərdə olacaq.

Trend xəbər verir ki, səfər Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevin dəvəti ilə baş tutacaq.

Səfər zamanı ölkə rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə Qırğızıstan-Malayziya münasibətlərinin bütün spektrinin, xüsusən də siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti