...

Qətər İsveçə etiraz notası ünvanlayıb

Dünya xəbərləri Materials 21 İyul 2023 14:56 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qətər İraqın Stokholmdakı səfirliyinin qarşısında Quranın yandırılmasına cavab olaraq İsveçə etiraz notası ünvanlayıb.

Trend xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsveçin Dohadakı səfiri Qautam Battaçarya etiraz notasının verilməsi üçün Qətərin Xarici İşlər Nazirliyinə çağrılıb.

Etiraz notasında İsveçdə Quranın təkrar yandırılmasına təkrar icazə verilməsi və səlahiyyətli qurumlar tərəfindən bunun qarşısını almaq üçün heç bir addımın atılmaması qətiyyətlə pislənib, həmçinin "İsveç hakimiyyətinin bu biabırçı əməlləri dayandırmaq üçün lazımi addımlar atması” tələbi irəli sürülüb.

Nazirliyin məlumatında Quranı hədəf alan bu hücumlara "ifadə azadlığı" adı altında icazə verilməsinin nifrəti alovlandırdığını və dinc şəkildə birgə mövcudluq mədəniyyətini təhdid etdiyi qeyd olunur.

Qeyd edək ki, İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması bir çox dövlətlər, o cümlədən BMT tərəfindən qınanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti