...

Qazaxıstanda güclü partlayış

Dünya xəbərləri Materials 26 İyul 2023 19:25 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Ekibastuz şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Bildirilib ki, partlayış nəticəsində 4 çən yanıb. Yanğın ərzaq mağazasına keçib, hazırda qonşu tikililərə keçməsi təhlükəsi var.

Hadisə yerinə yanğınsöndürənlər və xüsusi texnikalar cəlb olunub.

Partlayış yerinin yaxınlığında 17 yaşlı gəncin meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti