Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşq şəhərində motosikletə yerləşdirilən bomba partlayıb. Partlayış nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Dəməşq rəhbərliyinin rəsmi xəbər agentliyi olan "SANA" Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Axşam saatlarında Dəməşqin Səyyidə Zeynəb bölgəsində motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı deyilib.
Hadisə yerinə polis və xilasetmə qrupları, həmçinin və təcili yardım maşınları göndərilib. Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.