Bakı. Trend:
"Falcon 9" raketi cümə axşamı "Intelsat G-37" telekommunikasiya peyki ilə orbitə çıxacaq.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.
"Intelsat" şirkətinin "C" diapazonlu cihazı Şimali Amerikada peyk televiziyası yayımı üçün nəzərdə tutulub.
Buraxılışın ABŞ-ın şərq sahili vaxtı ilə saat 00:15-də açılan iki saatlıq vaxt pəncərəsində baş tutması planlaşdırılır.
Təxminən 3,5 ton ağırlığında olan "Intelsat G-37" kosmik cihazı "Maxar Technologies" şirkəti tərəfindən hazırlanıb.