...

ABŞ İrana qarşı sanksiyaları yumşaldacaq? - Blinkendən AÇIQLAMA

Dünya xəbərləri Materials 11 Avqust 2023 10:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken İranın beş amerikalını azad etməsi məsələsinə münasibət bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Blinken bu qərarın İrana qarşı sanksiyaları yumşaltmayacağını deyib.

"İcazənizlə, məsələyə aydınlıq gətirim. Heç bir halda İrana qarşı sanksiyalar ləğv edilməyəcək”, - o vurğulayıb.

Qeyd edək ki, İranla ABŞ bir sıra məsələlərdə razılıq əldə edib. Razılaşmaya əsasən, İran beş ABŞ vətəndaşını azad edib. ABŞ bunun qarşılığında bir neçə iranlı məhbusu azad edəcək, eləcə də, İranın dondurulan 6 milyard dollarlıq aktivlərini əldə etməsinə şərait yaradacaq. İlkin mərhələdə amerikalılar azad edilib, onlar vətənlərinə döndükdən sonra ABŞ öz öhdəliklərini yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti