...

Antalyada meşə yanır

Dünya xəbərləri Materials 14 Avqust 2023 19:03 (UTC +04:00)
Antalyada meşə yanır

Bakı. Trend:

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 4 təyyarə, 7 suçiləyici və 6 su tankeri cəlb olunub.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti