Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Corciyada ştatında keçirilən seçkilərə müdaxilə ilə bağlı iş üzrə digər ittiham olunan şəxslər avqustun 25-dək Fulton dairəsindəki həbsxanasına (Corciya ştatı) könüllü şəkildə gəlməlidirlər. Orada onlar rəsmi həbs prosedurundan keçəcəklər.
Trend-in məlumatına görə, bu barədə dairə şerifinin ofisindən bildiriblər.
"Hazırda Baş Prokurorluqdan və hakimdən alınan göstərişlərə əsasən, 19 ittiham olunan şəxsin Rays-strit həbsxanasına [Fulton dairəsindəki həbsxanasına] qəbul ediləcəyi gözlənilir", - deyə "CNN" telekanalı tərəfindən təqdim olunan şerifin açıqlamasında bildirilib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər həbsxanaya gəldikdən sonra rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək və barmaq izləri alınacaq.