...

Türkiyə 11 trilyon dollar ticarət həcmi olan 67 ölkənin mərkəzi mövqeyindədir

Dünya xəbərləri Materials 25 Avqust 2023 12:25 (UTC +04:00)
Türkiyə 11 trilyon dollar ticarət həcmi olan 67 ölkənin mərkəzi mövqeyindədir

Bakı. Trend:

Türkiyə 11 trilyon dollar ticarət həcmi olan 67 ölkənin mərkəzi mövqeyindədir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Türkiyə üç qitəni birləşdirən geosiyasi mövqeyi ilə Avropa, Asiya və Afrika ölkələrinin iqtisadi və sosial inkişafı üçün çox mühüm nöqtədədir. Bu faktlara əsaslanaraq, biz son illər beynəlxalq dəhlizlər yaratmaqla, həmçinin, ölkə daxilində multimodal nəqliyyat əlaqələrini təmin etməklə qitələr arasında fasiləsiz və keyfiyyətli nəqliyyat infrastrukturu yaradırıq”, - deyə o bildirib.

Türkiyəli nazir onu da vurğulayıb ki, son 21 ildə nəqliyyat və kommunikasiya infrastrukturuna təxminən 194 milyard dollar xərclənib.

"Türkiyə hazırda kosmosa 12 peyk göndərib. 2024-cü ilin əvvəlində 6A peykimizi kosmosa göndərəcəyik", - deyə Uraloğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti