...

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb

Dünya xəbərləri Materials 30 Avqust 2023 10:17 (UTC +04:00)
Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb

Bakı. Trend:

2023-cü ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 52 milyard 373 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 20 milyard 78 milyon dollara, idxalı isə 10,5 faiz artaraq 32 milyard 295 milyon dollara çatıb.

“Bu ilin yanvar-iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 360 milyar 114 milyon dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Məlumata əsasən, bu ilin birinci rübündə Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,7 faiz azalaraq, 143 milyard 287 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 5 faiz artaraq 216 milyard 827 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti