...

Bu ölkələr Yava adasında təlim keçirəcək

Dünya xəbərləri Materials 1 Sentyabr 2023 15:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya, ABŞ, Yaponiya, Avstraliya, Sinqapur, Böyük Britaniya və Fransa hərbçiləri ötən gün "Super Garuda Shield" təlimlərinə başlayıblar.

Trend xarici mediaya istinadən xəbər verir ki, iki həftə edəcək təlimlərdə ABŞ-dən 2,1 min, İndoneziyadan isə 1,9 min hərbçi olmaqla, təqribən 5 min hərbi qulluqçu hərbçi iştirak edir.

Təlimlər İndoneziyanın Yava adasında, həmçinin, bir sıra digər bölgələrində, o cümlədən, Cənubi Çin dənizinin cənub hissəsində yerləşən Natun arxipelaqının ətrafındakı sularda keçirilir.

Qeyd olunub ki, "Super Garuda Shield" təlimlərinin miqyasının genişləndirilməsi Çin tərəfində narahatlıq doğurub. Belə ki, Çinin fikrincə, ABŞ Hind-Sakit okean regionunda NATO-ya analoq yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti