...

Türkiyənin BƏƏ-nə sement ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 17:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Birləşmiş Ərəb Əmirliklərinə sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıraraq, 31,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə BƏƏ-nə sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 13,5 faiz artıraraq 3,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azalaraq, 3,2 milyard dollara çatıb.

Bu ilin avqust ayında Türkiyə 395,7 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 16,5 faiz azdır.

Son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 4,9 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti