...

Rusiya ABŞ səfirliyinin iki diplomatını arzuolunmaz şəxs elan etdi

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 17:25 (UTC +04:00)
Rusiya ABŞ səfirliyinin iki diplomatını arzuolunmaz şəxs elan etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ABŞ-nin Moskva səfirliyinin iki əməkdaşını "persona non grata" elan edib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunan məlumata görə, ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirliyin birinci və ikinci katibləri C.Sillin və D.Bernstaynın "diplomatik statusa uyğun olmayan hərəkətləri" ilə əlaqədar olaraq etiraz notası təqdim olunub. Diplomatların 7 sutka ərzində Rusiya ərazisini tərk etmələri tələb olunub.

Rusiya XİN ABŞ diplomatlarını qanunsuz fəaliyyətlə məşğul olmaqda, xarici dövlətlə "məxfi əməkdaşlıq" edərək maddi mükafat müqabilində Rusiyanın milli təhlükəsizliyinə zərər vuracaq tapşırıqlar yerinə yetirməklə təqsirləndirilən Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlamaqda ittiham edir.

"Rusiya tərəfi Vaşinqtonun düzgün nəticələr çıxaracağını və qarşıdurma xarakterli addımlardan çəkinəcəyini gözləyir", - XİN-in bəyanatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti