...

Meksikada iki şəxsi təyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 04:44 (UTC +04:00)
Meksikada iki şəxsi təyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bazar ertəsi Meksikanın şimalındakı Duranqo ştatında iki şəxsi təyyarənin qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 5 nəfər həlak olub.

Trend ştatın Dövlət Təhlükəsizlik Katibliyinə istinadən xəbər verir ki, qəza Duranqo ştatının qərbindəki La-Qalancita qəsəbəsində kiçik asfaltsız uçuş zolağında baş verib. İki yüngül tipli Cessna təyyarəsi biri havaya qalxarkən, digəri isə yerə enərkən toqquşub.

Toqquşmadan sonra hər iki təyyarə alovlanıb. Qəza nəticəsində beş sərnişinin hamısı həlak olub.

Dövlət orqanları ölümcül qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti