...

TB3 TEKNOFEST-dən sonra ilk uçuşunu edəcək

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 20:53 (UTC +04:00)

Bakı. Trend:

Dünyada qısa uçuş-enmə zolağına malik gəmilərə yerləşdirilən ilk PUA olması planlaşdırılan "Bayraktar TB3" TEKNOFEST-dən sonra ilk uçuşunu edəcək.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib.

"Kızılelma" pilotsuz döyüş təyyarəsi dünyada nadir nümunələrdən biridir. Hazırda onun inkişafını davam etdiririk, 2024-cü ildə istifadəyə veriləcək. Dünyadan "Kızılelma"ya böyük tələbat var. "Bayraktar TB2" indiyədək 32 ölkəyə ixrac edilib. Azərbaycanın 44 günlük haqq savaşında PUA-larımız böyük uğurlara imza atdı. Türk orduları dünyada ilk dəfə PUA-larımızla qələbə qazandı.

Bu qələbə "Bayraktar TB2"nin hava hücumundan müdafiə silahlarını, həmçinin, tankları məhv etməsi sayəsində oldu. Türkiyənin nəhəng ağıllı sursat ailəsi var. Bütün bunlar müdafiə sənayesinin 20 illik milliləşdirilməsi sistemi sayəsində baş verib", - deyə Bayraktar qeyd edib.

Selçuk Bayraktar bildirib ki, TB3 dünyada qısa uçuş-enmə zolağına malik gəmilərə yerləşdirilən ilk PUA olacaq.

“Biz bu layihəni elan edəndən təxminən bir il sonra ABŞ-də pilotsuz uçuş aparatları istehsal edən bir şirkət və ondan bir il sonra İsraildən bir dövlət şirkəti dünyaya elan etdi ki, onlar bu sahədə ilkə imza atacaqlar, amma bunu ilk Türkiyə olaraq biz etdik. "Bayraktar TB3" hazırda Çorludadır. TEKNOFEST-dən dərhal sonra ilk uçuşunu edəcəyik", - deyə Bayraktar vurğulayıb.

Bundan əlavə, qeyd edək ki, DEU elektron materiallar istehsal və tətbiq mərkəzindəki incə film laboratoriyasına Selçuk Bayraktarın adı verilib.

Xatırladaq ki, sentyabrın 27-dən oktyabrın 1-dək Türkiyənin İzmir şəhərində TEKNOFEST keçiriləcək.

Xəbər lenti

Xəbər lenti