...

Ermənistan Rusiyaya Roma statutu ilə əlaqədar saziş bağlamağı təklif etdi

Dünya xəbərləri Materials 28 Sentyabr 2023 14:24 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Moskvaya Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağı təklif edib.

Trend xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan brifinqdə deyib.

"Roma statutu Ermənistanda ratifikasiya olunacağı təqdirdə Rusiyanın narahatlıqlarının aradan qalxması üçün Rusiyaya ikitərəfli saziş imzalamağı təklif etdik. Mətn bir neçə ay öncə, apreldə təqdim olunub. Həmkarlarımızdan cavab gözləyirik", - o deyib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. Moskva Ermənistan hökumətindən bununla bağlı açıqlama tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti