...

BMT bu ölkənin hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 09:00 (UTC +04:00)
BMT bu ölkənin hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Francis cümə axşamı mətbuat üçün brifinqdə Əfqanıstan hakimiyyətini qadın və qızların təhsil almasını qadağan etmək qərarına yenidən baxmağa çağırıb.

Trend xəbər verir ki, D.Francis, “əfqan qadınları və qızları da kişilər kimi ayrılmaz insan hüquqlarına malikdirlər, onlara riayət edilməli və hörmət olunmalıdır” - deyə bildirib.

D.Francis deyib: "Mən Əfqanıstan hakimiyyətini bu siyasətə yenidən baxmağa və qızların məktəbə getməsinə, təhsil almasına icazə verməyə çağırmaq istərdim ki, onlar öz icmalarının və cəmiyyətin inkişafında rol oynaya bilsinlər”.

O qeyd edib ki, Əfqanıstan dünyada qızların təhsil almaq imkanı olmayan yeganə ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti