...

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

Dünya xəbərləri Materials 2 Oktyabr 2023 14:23 (UTC +04:00)
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb.

Trend xəbər verir ki, tədbirdə macar alimi Katalin Kariko və amerikalı Dryu Vaysman 2023-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldüyü elan edilib.

Alimlər bu mükafata “COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına imkan verən nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” layiq görülüblər.

Nobel Tibb və Fiziologiya mükafatı tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilir. Mükafat 1901-ci ildə təsis edilib.

Xəbər lenti

Xəbər lenti