ABŞ Konqresinin komissiyası ölkənin nüvə qüvvələrini gücləndirməyi tövsiyə edib

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 05:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Konqresinin Strateji Qüvvələr Siyasəti Komissiyası ABŞ-ın nüvə potensialının artırılması üçün tövsiyələr verib.

Trend-in məlumatına görə, bu barədə dərc olunan hesabatda bildirilib.

Burada, xüsusilə, strateji qüvvələr üçün yerləşdirilən nüvə başlıqlarının sayının artırılması, bombardmançı təyyarələrin, havadan buraxılan qanadlı raketlərin, ballistik raket sualtı qayıqlarının, qeyri-strateji nüvə qüvvələrinin və döyüş başlıqlarının istehsal gücünün artırılması ilə bağlı tövsiyələr verilib.

Sənəddə həmçinin yerüstü qitələrarası ballistik raketlərə (ICBM) çoxsaylı döyüş başlıqlarının yerləşdirilməsi və arsenala mobil ICBM sistemlərinin əlavə edilməsinin nəzərdən keçirilməsinin zəruriliyi qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti