Bakı. Trend:
Ötən gecə İranın Əlborz vilayətinin Kərəc şəhərində məşhur kinorejissor, yazıçı Dariuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Mohəmmədifər faciəvi şəkildə öldürülüblər.
Trend-in məlumatına görə, bunu Əlborz vilayətinin baş hakimi Hüseyn Fazeli deyib.
H.Fazelinin sözlərinə görə, məşhur kinorejissor və həyat yoldaşı şəxsi villasında naməlum şəxs və ya şəxslər tərəfindən kəsici-deşici alətlərlə öldürülüblər.
Fazeli əlavə edib ki, hazırda hadisəni törədən şəxslərin saxlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1939-cu ildə D.Mehrcuyi çəkdiyi filmlərə görə, bir çox mükafatlara layiq görülüb.