...

Gürcüstan prezidenti məhkəmə qərarına baxmayaraq istefaya getmək istəmir

Dünya xəbərləri Materials 17 Oktyabr 2023 00:02 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarı fonunda istefa vermək niyyətində olmadığını bildirib.

Trend xəbər verir ki, bu barədə Salome Zurabişvili televiziya çıxışı zamanı deyib

“Mən heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam, həyatım boyu burada olmuşam və bunun üçün Fransadan gəlib burada qalmışam və ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparıram”, - deyə Gürcüstan prezidenti bildirib.

Xatırladaq ki, ötən ay Gürcüstanın "Gürcü arzusu" hakim partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu başladıb.

Məlumata görə, impiçment barədə qərara səbəb ölkə başçısının konstitusiyanı pozaraq Avropaya səfərləri hakimiyyətlə razılaşdırmamasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti