Bakı. Trend:
Türkiyədə dəhşətli hadisə baş verib. Belə ki, intihar etdiyi deyilən gəncin cinayət qurbanı olduğu ortaya çıxıb.
Trend xəbər verir ki, Hatayın İskenderun rayonunda 5 ay əvvəl özünü hündürlükdən ataraq intihar etdiyi ehtimal edilən Berkay Sökmenin qətlin qurbanı olduğu ortaya çıxıb.
Şübhəli şəxs qismində saxlanılan iki nəfər arasında Sökmenin əmisi oğlu H.H.S. da saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.