Bakı. Trend:
Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,3 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı 7,5 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.