...

Netanyahu "Hizbullah"a xəbərdarlıq edib

Dünya xəbərləri Materials 24 Oktyabr 2023 15:51 (UTC +04:00)
Netanyahu "Hizbullah"a xəbərdarlıq edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu "Hizbullah"a İsrail-Fələstin münaqişəsinə qarışmaması üçün xəbərdarlıq edib.

Trend xəbər verir ki, baş nazir bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrailə qarşı müharibəyə girmək dağıdıcı nəticələrə səbəb ola bilər.

İsrailin "iki cəbhədə" döyüşməli olduğunu bildirən baş nazir bildirib ki, "Hizbullah" müharibəyə qatılarsa həyatındakı ən böyük səhvi etmiş olar.

O, İsrailin lazım gələrsə “Hizbullah”a ağlasığmaz zərbələr yetirə biləcəyini deyərək, istənilən ssenariyə hazır olduqlarını əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti