...

Qəzzadakı müharibə Livana da keçib, daha da genişlənə bilər

Dünya xəbərləri Materials 13 Noyabr 2023 15:34 (UTC +04:00)
Qəzzadakı müharibə Livana da keçib, daha da genişlənə bilər
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsraillə HƏMAS arasındakı müharibə qonşu Livana da keçib və Yaxın Şərqdə daha geniş miqyasda yayıla bilər.

Trend xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə "Tasnim" agentliyinə deyib.

"Toqquşmaların miqyasının daha da artacağı tamamilə mümkündür", - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti