...

Almaniya İsrailə silah verəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2023 18:18 (UTC +04:00)
Almaniya İsrailə silah verəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya İsrailə öz ehtiyatlarından ödənişsiz silah verə bilər.

Trend xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzetində məlumat dərc olunub.

Qeyd olunub ki, bu qərar Almaniyanın 2024-cü il üzrə federal büdcə layihəsində təsdiqlənəcək.

"Bu zəruridir və hazırki vəziyyətdə doğrudur", - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti