Bakı. Trend:
Moldova 8 fevral 2024-cü ildən Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının üzvü olmayacaq.
Trend xəbər verir ki, bunu Bişkekdə səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.
"Moldovanın Parlamentlərarası Assambleyadan çıxmaq barədə açıqlamasından sonra prosedur fevralın 8-də başa çatacaq və 8 fevraldan Moldova rəsmi olaraq MDB Parlamentlərarası Assambleyasının üzvü olmayacaq", - o deyib.
Bundan başqa, Matviyenko bunun assambleyanın fəaliyyətinə heç bir zərər yetirməyəcəyini və Moldovanın özü üçün böyük itki olduğunu əlavə edib.