...

İsrail və HAMAS arasında müvəqqəti atəşkəs başlayıb

Dünya xəbərləri Materials 24 Noyabr 2023 09:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb.

Trend xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağında HAMAS ilə İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.

Onu da əlavə edək ki, razılığa əsasən HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.

Xəbər lenti

Xəbər lenti