...

İran Xəzər dənizində vahid əməkdaşlıq təşkilatının yaradılmasına çağırıb

Dünya xəbərləri Materials 5 Dekabr 2023 14:01 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaq lazımdır.

Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə deyib.

"Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır. Biz həmçinin əminik ki, bütün qərarlar beş Xəzəryanı ölkənin konsensusu və razılığı ilə qəbul edilməlidir. Xəzər dənizini dostluq simvoluna çevirmək üçün, tərəqqi və inkişaf üçün kollektiv qarşılıqlı əlaqələri gücləndirməliyik. Biz "strukturlaşma yolu ilə getməliyik. Bu kontekstdə Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən bir katibliyin və ya bir təşkilatın yaradılması imperativdir.", - deyib.

Nazir vurğulayıb ki, Xəzərdə beştərəfli əməkdaşlığa daha böyük təkan vermək lazımdır.

"İran mərkəzi iqtisadiyyatın inkişafını və dəniz nəqliyyatı, limanlar, naviqasiya, dəniz turizmi, azad ticarət zonalarının yaradılması, balıqçılıq, bioloji resurslardan məqsədəuyğun və davamlı istifadə sahələrində birgə sərmayələri alqışlayır. Ticarət, iqtisadi və nəqliyyat sahələrini gücləndirmək lazımdır. Xəzər iqtisadi forumlarının keçirilməsi bu əməkdaşlığı gücləndirmək üçün əlverişli əsasdır. Təəssüf ki, Tehranda üçüncü Xəzər İqtisadi Forumu təxirə salınıb. Biz çalışırıq ki, Xəzəryanı dövlətlərin baş nazirləri səviyyəsində bu forumun keçirilməsi üçün yeni tarixlər təklif edək. Bu forumun mütəmadi keçirilməsi bütün beş sahilyanı dövlətin maraqlarını təmin edəcək”, - deyə Abdullahian əlavə edib.

Qeyd edək ki, iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti