...

HƏMAS Qəzzaya nəzarəti itirir

Dünya xəbərləri Materials 6 Dekabr 2023 00:51 (UTC +04:00)
HƏMAS Qəzzaya nəzarəti itirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS Qəzza zolağına nəzarəti itirir.

Trend xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

Bildirilib ki, HƏMAS silahlıları xeyli itkilər verir.

"Nəticələrimiz çox əhəmiyyətli, təsiredici və dəqiqdir", - deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti