...

Hökumət qərarı dəyişdi – Sərhəd açılır

Dünya xəbərləri Materials 12 Dekabr 2023 17:05 (UTC +04:00)
Hökumət qərarı dəyişdi – Sərhəd açılır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya hökuməti Rusiya ilə sərhədləri yenidən açmağı planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Finlandiya hökumətinin müvafiq qərarı ilə dekabrın 14-nə keçən gecə Rusiya ilə sərhəddəki üç böyük sərhəd məntəqəsi açılacaq. Finlandiyanın baş naziri Petteri Orponun müvafiq qərarı çərşənbə axşamı bəyan edəcəyi gözlənilir.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayıb. Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, bu tədbir "üçüncü dünya ölkələri vətəndaşlarının" axınının qarşısını almaq məqsədi daşıyır.

Noyabrın 29-da isə Finlandiyanın Moskvadakı səfirliyi Rusiya hökumətinə rəsmi nota göndərərək noyabrın 30-da Rusiya ilə sərhəddəki sonuncu "Raya-Yooseppi" nəzarət-buraxılış məntəqəsini bağlayacağını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti