Bakı. Trend:
Misirin Milli Seçki Komissiyası prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib. Hazırkı dövlət başçısı Əbdül Fəttah əs-Sisi dekabrın 10-12-də keçirilən seçkilərdə qalib gələrək növbəti altı il müddətinə ölkəyə rəhbərlik edəcək.
Trend xəbər verir ki, bu barədə Misir Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədəvi seçkilərin nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.
Tədbir Əl-Qahirə əl-İhbariyyə telekanalı tərəfindən canlı yayımlanıb.
Plebisitin nəticələrinə görə, Misirdə və ölkədən kənarda keçirilən səsvermədə iştirak edən seçicilərin 89,6 faizi Əbdül Fəttah əs-Sisiyə səs verib.