...

Gürcüstan parlamenti bu gün yeni baş nazir namizədini təsdiq edəcək

Dünya xəbərləri Materials 1 Fevral 2024 11:38 (UTC +04:00)
Gürcüstan parlamenti bu gün yeni baş nazir namizədini təsdiq edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 1-də Gürcüstan parlamenti yeni baş nazir namizədini və hökumətin tərkibini təsdiqləyəcək.

Trend bu barədə Gürcüstan KİV-inə istinadən xəbər verir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili yerli telekanala müsahibəsində hökumətin təsdiqlənməsi prosedurunun bir neçə gün davam etdiyini bildirib. Belə ki, hökumət proqramı əvvəlcə komitələrdə, daha sonra plenar iclasda müzakirə olunur.

Xatırladaq ki, bir qədər əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili seçkiqabağı dövrdə hakim “Gürcü arzusu” partiyasına rəhbərlik etmək təklifi ilə əlaqədar vəzifəsindən istefa verdiyini açıqlayıb.

"Gürcü arzusu" partiyasının açıqlamasına görə, partiyanın baş nazir namizədi hazırkı sədri İrakli Kobaxidze olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti