Bakı. Trend:
Rusiyanın əleyhinə tədbirlərə qoşulmayan şirkətlərə sanksiyalar tətbiq ediləcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Varşavada keçirilən mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketi çərçivəsində müxtəlif ölkələrdən olan şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək: “Məhdudlaşdırıcı tədbirlər bir çox şəxs və qurumlara, eləcə də sanksiyalarımızdan yayınan müxtəlif ölkələrin şirkətlərinə şamil olunacaq”.