Bakı. Trend:
İsrailin Rusiyadakı səfiri Simona Halperin qəbuledilməz bəyanatları səbəbindən Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, diplomat təxminən 1 saat 40 dəqiqə XİN-də olub.
Qeyd edilir ki, səfir XİN-nin binasından çıxışında jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.