Bakı. Trend:
Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verir.
Mübadilə “100-ün 100-ə” formatında aparılıb.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları rusiyalı hərbçilərin Ukrayna əsirliyindən geri qaytarılmasında humanitar vasitəçilik yardımı göstərib.
Qeyd olunub ki, hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək üçün Moskvaya aparılacaq, onlara lazımi tibbi və psixoloji yardım göstəriləcək.